R.Qrojan: “Maqnussen Alonsodan sonra ən sürətli komanda yoldaşımdır”

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, Kevin Maqnussen ilə araları çox yaxşıdır və danimarkal sürücü Fernando Alonsodan sonra onun ən güclü komanda yoldaşıdır.

F-1.az xatırladır ki, fransalı sürücü idmanda 2009-cu ildə debüt etmişdi. Həmin ilin Avropa Qran Prisində Renault komandasına qoşulan Qrojanın komanda yoldaşı ikiqat Dünya Çempionu Fernando Alonso idi.

Gənc Qrojan ispaniyalı sürücü ilə yarım mövsüm komanda yoldaşı olduqdan sonra, 2012-2013-cü illərdə Rəykkönen, 2014-2015-ci illərdə Maldonado, 2016-cı ildə Qutyerres ilə komanda yoldaşı olmuşdu. Fransalı sürücünün builki komanda yoldaşı isə McLaren və Renault kimi komandalarda yarışmış Kevin Maqnussendir.

Roman Qrojan: “Maqnussen çox sürətli sürücüdür. Böyük ehtimalla ən yaxşı iki komanda yoldaşımdan biridir. Bu mövsüm bolidimiz güclüdür və bəzi traslarda yaxşı nəticə göstərə bildik. Kevin ilə bir yerdə keçənilki performansımızı təkmilləşdirmək istəyirik. Avstriya bizim üçün dəyərli tras idi və istədiyimiz nəticəni ala bildik. Kevinin problem yaşaması yaxşı olmadı. Amma inanıram ki, Silverstounda yaxşı nəticə göstərəcək. Britaniya Qran Prisi həmişə həyəcanlı olub və orada yarışmaq üçün səbirsizlənirəm. Ümid edirəm ki, problemsiz yarış olar və gözəl xallar qazanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*