R.Qrojan komandadan razıdır

Haas komandası debüt ilində mövsümöncəsi testlərdə bəzi problemlərlə üzləşsə də, yaxşı təsir bağışlayıb.

F-1.az xəbər verir ki, Roman Qrojan komandanın VF-16-dakı problemləri həll etmək üçün çalışmasından razı qalıb: “Komandada hər kəsin problemlərə yanaşma tərzi mənə xoş təsir etdi. Biz əhvalımızı pozmadıq. Hər kəs öz işini görür. Olduqca yaxşı komandadır.

Evimizdən uzaq bir ay keçirdik. Bu, hamımız üçüm çətin idi. Yeni komanda üçün olduqca yaxşı sayıla biləcək testləri arxada qoyduq. Artıq Melburndakı ilk yarışa hazırlaşırıq. Bir qədər istirahət edib ora yollanacayıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*