R.Qrojan: “Komandada amerikalı ruhu var…”

Roman Qrojan Haas-ın bu mövsüm uğurlu çıxış edəcəyinə inanır.

F-1.az xatırladır ki, Qrojan Lotus macərasından sonra Formula1-in yeni komandası Haas-da mübarizə aparacaq.

Roman Qrojan: “Cin Haas və Günter Ştaynerlə birlikdə komanda ilə tanışlığım çox gözəl oldu. Mehriban kollektiv olduqlarını gördüm. Komandada amerikalı ruhu olduğunu hiss etdim.

Hamı mübarizə aparmaq istəyir. Formula1-də 30 il sonra ilk dəfə bir amerikalı komandası olacaq. Maşını qarajdan çıxaracağımız günü səbrsizliklə gözləyirəm. Burda özümü rahat hiss edirəm. Hər kəsdə yüksək motivasiya var və ilk yarışa yüksək səviyyədə hazırlaşmağa çalışırıq.

Testlərdə maşını mümkün qədər çox sürmək istəyirik. Ümid edirəm ki, trasda çox qala bilərik və çox sayda dövrə vurarıq. Nəzərə almalıyıq ki, biz yeni komandayıq. Mühəndislər, texniki işçilərin və sürücülərin birlikdə işləməsi vacibdir. Maşından testlərdə mümkün qədər çox məlumat toplamalıyıq. Melburna qədər çox test imkanımız yoxdur. Vaxt az qalıb. Buna görə də, maşının davamlı olması üçün çalışmalıyıq…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*