R.Qrojan: “Komanda çox işlədi”

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, komanda son günlərdə yaşadığı problemləri artıq həll edib...

F-1.az xəbər verir ki, Haas komandası ikinci mövsümöncəsi testlərə pis başlayıb və ilk iki gündə ciddi problemlərlə üzləşib, amma testlərin son günündə Qrojan nahara qədər 66 dövrə atıb və VF-16 dözümlü təsir bağışlayıb.

Qrojan bildirib ki, onlar əyləclərlə bağlı yeni üsula əl atıblar: “Bu üsul daha yaxşı və daha etibarlıdır. Artıq daha yaxşı vəziyyətdəyik. Özümü rahat hiss edirəm. Komandada hər kəs rahatlandı.

Əgər əyləclər olmasa, bolidi sürmək qeyri-mümkün olar. Komanda çox yaxşı işlədi. Bütün gecə problemi həll etmək üçün işlədilər.

İnanılmaz iş gördük, amma görəcəyimiz işlər hələ çoxdur. Bu gün yaxşı keçdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*