R.Qrojan heyvana çırpılıb

Haas komandasının sürücüsü Roman Qrojan Kanadada qunduza çırpılaraq, ön qanadını itirib.

F-1.az bildirir ki, Haas komandası Kanadaya məhdud sayda detalla gəlib. Buna görə də sürücülərindən daha ehtiyatlı sürməyi istəmişdilər. Amma trasa dəvət edilmədən daxil olan qunduz amerikanların bütün planlarını alt-üst edib.

Roman Qrojan: “Güclü çırpılma idi. Böyük heyvan idi. Sessiyanın əvvəlində onu televizorda göstərdilər. Ona çırpıldığım yerdə göstərmişdilər. Nə əcəb trasdan çıxarmamışdılar. Heyvan üçün pis oldu. Bizim ön qanadımız üçün də. Ehtiyat hissələrimiz məhduddur. Ön qanadı bu formada itirmək pis oldu. Belə çırpılma yarışda olsaydı, mübarizəni dayandırardıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*