R.Qrojan: “Hamını yenidən təəccübləndirə bilərik”

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, Bəhreyndə də fanları təəccübləndirə bilərlər.

F-1.az xatırladır ki, Haas komandasının sürücüləri Avstraliya yarışında 4-cü və 5-ci yerlərdə gedərkən, pit-stopda etdikləri səhvlərlə görə mübarizəni dayandırmışdılar.

Roman Qrojan: “Sözün açığı, hər yarış 15-ci yer üçün mübarizə aparmaqdansa, 4-cü yerdə gedərkən mübarizəni dayandırmağı istəyərəm. Bolid əla idi və bizi ümidləndirdi. Səhvlərimizi təhlil edib dərs çıxarmalıyıq. Fərqli traslardakı performansımızı görməliyik. Amma mövsümə əla başladıq və artıq əhvalımız yüksək olacaq. Bəhreyn yarışını sevirəm. Əyləncəli trasdır və ötmələrə əlverişlidir. Burada mübarizə aparmaq həzz verir ümid edirəm ki, hamını yenidən təəccübləndirərik. Xüsusən də, 11-13-cü döngələr ardıcıllığını sürətlə keçirik və bu hissə dövrəvi nəticələrə təsir edəcək. Burada kiçik səhv böyük itkilərə səbəb ola bilər”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*