R.Qrojan: “Haas öz bolidini düzəldə bilər”

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, özləri gələcəkdə Formula1 bolidi istehsal edə bilərlər.

F-1.az xatırladır ki, Haas 2016-cı ildə Formula1-də debüt edib və italiyalı istehsalçı Dallara-nın təkmilləşdirdiyi şassidən istifadə edib. Bundan başqa amerikalılar Ferrari-dən bəzi detalları da almışdılar.

Bu yanaşma ilə komanda Formula1-də ilk mövsümündə 29 xal toplayaraq, Mühəndislər Kubokunda 8-ci olub.

Qrojan bildirib ki, hazırkı hədəf Dallara-Ferrari planı üzərindən getməkdir, amma gələcəkdə Haas komandası Kannapolis və Şimali Karolinadakı bazasında öz bolidini düzəldə bilər: “Hazırda əlimizdəki modellə maraqlanırıq. Gələcək necə olacaq bilmirəm. Kannapolisdə Formula1 komandasına sahib olmağa və bolid istehsal etməyə hazır olan bazamız var. Əgər bolid istehsal etmək istəyirsinizsə, bunu ilk mövsümünüzdə edə bilmərsiniz. Bolidlər çox qarışıqdır və təkmilləşdirmək çox çətindir”.

Qrojan bildirib ki, ilk mövsümdə uğurun səbəbi Ferrari ilə aralarındakı texniki ortaqlıqdır: “Ferrari ilə işləmək mükəmməl təcrübədir. Mühəndisləri və sistemi tanımaq fürsətim oldu. Detalların çoxundan istifadə edirik. Nəyin üzərində işlədiklərini, təcrübəmlə onlara necə kömək edə biləcəyimi və iş rejimlərini görmək maraqlıdır. Çox xoşbəxtik. Onların bu köməkləri olmasaydı, xal qazana bilməzdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*