R.Qrojan: “Haas gözləntiləri qarşılaya bilmədi”

Roman Qrojan etiraf edib ki, mövsümə mükəmməl başlayan Haas komandası gözləntiləri tam olaraq qarşılaya bilməyib...

F-1.az xatırladır ki, Roman Qrojan Avstraliyada 6-cı, Bəhreyndə 5-ci yeri tutaraq, mövsümə mükəmməl başlamışdı. Amma Haas komandası son yarışlarda geriləməyə başlayıb və xal almağa belə çətinlik çəkir. Komandanın fransalı sürücüsü Qrojan bildirib ki, problemlərin artması komandanın inkişafını dayandırıb: “Gözlənəndən pis vəziyyətdəyik. Qış testlərindən sonra gözləyirdik ki, bütün yarışlarda ilk onluqda olacayıq və xal uğrunda mübarizə aparacayıq. İlk yarışlar əla keçdi, amma Çindən sonra hər şey dəyişdi. Rusiyada xal ala bildik, amma sonrakı yarışlarda xala yaxın olsaq da, yaxşı vəziyyətdə deyildik.

Çox yavaş deyilik. Dövrə başına 0.2 və ya 0.3 saniyə sürətlənməliyik. Bunu bacarsaq, yenə xallar ala bilərik. Hələ də bəzi şeyləri başa düşə bilmirik. Asfaltla ilişmə istədiyimiz kimi deyil və bunun səbəbini başa düşə bilmirik. Əgər daha yaxşı nəticələr almaq istəyiriksə, onda daha çox işləməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*