R.Qrojan: “Haas gözlədiyimdən daha yaxşıdır”

Mövsümöncəsi ilk testlərdə 192 dövrə vuran Haas komandasında əhval-ruhiyyə yaxşıdır. Komandanın pilotu Esteban Qutyerres və komanda rəhbəri Günter Ştayner də testlərdən razı qaldıqlarını bildirmişdilər.

F-1.az xəbər verir ki, komandanın digər pilotu Roman Qrojan da ilk testlərdən razı qalıb: “Kənardan baxdıqda hiss edilməsə də, komandanın daxilində ab-hava başqa cürdür. Sanki yeni komanda deyilik və uzun müddətdir ki, bir yerdə işləyirik. Hər kəs öz işində təcrübəlidir.

Lotus-dan ayrılarkən sanki ailəmdən ayrılırdım və çox yaxşı insanlarla vidalaşdığımı bilirdim. Amma burda hər şey gözlədiyimdən çox daha yaxşı oldu…”

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*