R.Qrojan: “Formula1 lazımi yerdədir”

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, Formula1 artıq lazımi yerdədir.

F-1.az xatırladır ki, Qrojan mövsümün ilk yarışı Avstraliyada mübarizəni vaxtından əvvəl dayandırsa da, yeni bolidlərin sürücülər üçün daha yaxşı olduğunu deyib: “2017-ci il bolidlərini sürmək doğrudan da gözəldir. Onlarla son həddə sürmək əyləncəlidir və hələ də limitləri tapmağa çalışırıq. Avstraliyada birinci döngədə əylənmə nöqtəsini itirdim və düşündüm ki, döngəni dönə bilməyəcəm. Amma ikinci döngəni daha sürətli döndüm. Çox qəribə idi. Sonrakı dövrələrdə son həddə sürə bilirdik. 11-ci və 12-ci döngələrdə daha çox yüklənməyə məruz qalaraq boliddəki asfaltla ilişməni hiss etmək gözəl idi. Buna görə də bu bolidləri sürmək həzz verir. Avstraliyadakı yarışda 15 dövrə vursam da, yeni bolidlər çox yaxşıdır.

Formula1 yenidən lazımi vəziyyətinə qayıtdı. Daha sürətli və daha çətin. Həmişə təkmilləşmək fürsəti olsa da, bunlar ən sürətli Formula1 bolidləridir. Çox həyəcanvericidir.

Avstraliyada təcrübəli sürücülərin öndə, təcrübəsizlərin isə geridə qaldıqlarını gördünüz. Bu isə bolidlərin idarəetməsinin çətinliyini göstərir.

Görək Çində necə olacaq. Bəzi sürətli döngələr var və oralarda daha çox yüklənməyə məruz qalacağıq. Ancaq biz bunu sevirik.

Albert Park kimi traslarda ötmələr çətin olacaq, amma Çin tamamilə fərqli olacaq. Lakin dəqiq bir söz demədən 4-5 yarış gözləməliyik. Albert Park ötmələrin ən çətin olduğu 4-cü trasdır. Buna görə də oradakı ötmələr barədə danışmaq yersizdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*