R.Qrojan: “Formula1-in genetikasını pozmaq olmaz”

Roman Qrojan Halo sisteminin Formula1 üçün həll yolu olmayacağını deyib.

F-1.az xatırladır ki, Formula1-də sürücülərin başının mühafizəsi gündəmdədir və gələn il bunun üçün Halo sisteminin tətbiq edilməsi gözlənilir. Ferrari və Red Bull Halo sistemini test edən komandalar oldular və Red Bull ilə Force İndia bu sistemə qarşıdırlar.

Roman Qrojan Force İndia və Red Bull-un bu qərarını dəstəkləyir: “Uzun müddətdir ki, Byankinin atası ilə əlaqə saxlayırıq və onun qəbrini ziyarət etdim. İki uşağım var və mən bunlardan birini itirməyi düşünə bilmirəm. Bu təhlükəli idmandır, ancaq təhlükəsizlik yüksək səviyyədədir. Şəhər tipli trasda 370 km/saatla hərəkət edirik və çox vaxt qəzalardan uzaq qala bilirik. Təhlükəsizliyin inkişafına qətiliklə qarşı deyiləm, amma Formula1-in genetikasını pozmaq olmaz”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*