20 Noyabr 2017, Bazar ertəsi - 06:05

R.Qrojan: “F1 sosial şəbəkələrdən istifadə edə bilmir”

R.Qrojan: “F1 sosial şəbəkələrdən istifadə edə bilmir”

Müəllif: Rauf Hacıyev, redaktor

11:32 - 28 Fevral, 2016

Haas komandasının sürücüsü Roman Qrojan düşünür ki, Formula1-in sosial şəbəkə ilə bağlı işləri çox pisdir və idman buna görə çoxlu fan itirir…

F-1.az xatırladır ki, Formula1-in rəhbəri Berni Ekklstoun uzun müddət idi ki, Formula1-in sosial şəbəkələrdə olmasına icazə vermirdi, amma o daha sonra Twitter və Youtube hesablarının çoxlu paylaşımlar etməsinə icazə verdi.

Amma yarış videolarının yayılması yenə də qadağandır və Qrojan düşünür ki, bu hal idmanın çoxlu fan itirməsinə səbəb olur.

“Bu günlərdə Facebook hesabımda çəkiliş günündən bir video paylaşdım, amma FOM məndən tələb etdi ki, mən videonu silim. Həmin videoya bir milyondan çox baxış sayı olmuşdu.

Məncə, bu olduqca yaxşı idi. İnsanlar Formula1-in səhnə arxasını görürdü. Amma buna icazə verilmir.

Formula1 bu mövzuya çox konservativ yanaşır.

Milyonlarla adam sosшal şəbəkələrdən istifadə edir, amma biz onlarla heç bir məzmun paylaşmırıq. Sonra da deyirik ki, Formula1 çoxlu fan itirir.

Azarkeşlərin günün pilotunu seçməsi əla ideнadır. Bu göstərir ki, onlar bizi dəstəkləyir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 247
Teqlər , , , , , ,
Paylaş

logo