22 Oktyabr 2018, Bazar ertəsi - 14:29

R.Qrojan ən gözəl ötməsindən danışıb

R.Qrojan ən gözəl ötməsindən danışıb

Müəllif: Rauf Hacıyev, redaktor

11:09 - 26 İyul, 2018

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, Hunqarorinq heç də asan tras deyil.

F-1.az xatırladır ki, fransalı sürücünün bu mövsüm bəxti gətirmir.

Roman Qrojan: “Asan Qran Pri deyil. Qısa tras olduğu üçün özünüzü sürətli vaqonda hiss edirsiniz. Döngələr çoxdur. Görək nə edirik. Buranı çox sevirəm. Budapeştə gəlmək üçün səbirsizlənirəm. Trasın asfalt qatının yenilənməsi böyük fərq yaradır. Əvvəllər qabarlar çox idi. Burası çox sürətli tras deyil. Amma ikinci sektor çox gözəldir. Təpəyə dırmanır və son iki döngədə aşağıya düşürsünüz. Artıq əvvəlki kimi yavaş deyil. Burada ötmə etmək çətindir. Düzünü desəm, karyeramın ən gözəl ötmələrindən birini burada etmişəm. 2013-cü ildə 4-cü döngəni xarici radiusdan dönərək, Felipe Massanı geridə qoymuşdum. 4 təkərim də ağ xəttən çöldə olduğu üçün pitdən keçmə cəzası almışdım, amma fərqi yoxdur. Yenə də ən gözəl ötmələrimdən biri idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 73
Teqlər , , ,
Paylaş

logo