R.Qrojan: “Əlimdən gələni etdim”

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, yarış ərzində əlindən gələni etsə də, istədiyi nəticəni ala bilməyib.

F-1.az xatırladır ki, fransalı sürücü yarışın əvvəlində Stroll ilə gözəl mübarizə aparıb və yarışı 11-ci yerdə bitirib.

Roman Qrojan: “Var qüvvəmlə hücum etdim və qüsursuz yarış keçirdim. Amma bu, xal almağa bəs etmədi. Ləns ilə gözəl mübarizə apardıq. Düzlüklərdə böyük üstünlüyü var idi. Məncə, yaxşı müdafiə olundum. Onu ötən kimi fərqi qaldırdım.

Gələn ilin bolidinə fokuslanmalıyıq. Buna Sinqapurdan başlamışıq. Çox şey öyrəndik. Bizi nəyin gözlədiyini bilirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*