R.Qrojan: “Düzlüklərdə sərinləyirik”

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, rütubət və istiyə görə Malayziya yarışı çətin keçəcək.

F-1.az xatırladır ki, fransalı sürücü Sinqapurda komandasına çox vacib iki xal qazandıra bilmişdi.

Roman Qrojan: “Məncə, mövsümün ən çətin yarışına gedirik. Sinqapurda da isti idi, amma orada tras yavaş olduğu üçün istiliyi Malayziyadakı kimi hiss etmirik. Fiziki cəhətdən çətin yarışdır. Çox yoruluruq. Amma uzun düzlüklərdə sərinləyə bilirik. Buna görə də narahat deyiləm. Hələ də Renault-nu qabaqlamaq şansımız var və Malayziyada bunun üçün çalışacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*