R.Qrojan: “Bolid Maqnussenə uyğundur”

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, bolid özünü yaxşı aparmayıb.

F-1.az xatırladır ki, fransalı sürücü 16-cı yeri tutaraq, birinci sessiyada mübarizəni dayandırb.

Roman Qrojan: “İkinci sessiyaya qala bilməmək pis oldu. Boliddən razı deyildim. Deyəsən bolid Kevinə daha çox uyğundur. Mənə uyğun deyil. Ən yaxşı performansımı göstərməliyəm. Vəziyyəti düzəltməyə çalışacağıq. Burada döngələrin çox olması işimizi çətinləşdirir. Xal üçün öndə çoxlu qəzalar olmalıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*