23 Oktyabr 2017, Bazar ertəsi - 14:00

R.Qrojan: “Bir xal təsəlli oldu”

R.Qrojan: “Bir xal təsəlli oldu”

Müəllif: Rauf Hacıyev, redaktor

12:07 - 17 May, 2017

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, İspaniyada çoxlu xal toplamaq üçün şansları olsa da, bəxtləri gətirməyib.

F-1.az xatırladır ki, fransalı sürücü ilk döngədə yaşanan insidentlərdən təsirlənərək, startda geri düşmüşdü. 31 yaşlı sürücü yarışın sonunda komanda yoldaşı Maqnussenin təkərinin partlamasından istifadə edərək, bir xal qazana bilmişdi.

Roman Qrojan: “Yaxşı start alsam da, önümdə hamı bir-birilə toqquşdu və bolidi sürmək üçün boşluq qalmamışdı. Onlardan qaçmaq üçün tras xaricinə çıxmalı oldum və burada vaxt itirdim. Əgər bu hadisə olmasaydı, yarışı Hülkenberqin önündə və ya arxasında bitirə bilərdim. Soft təkərlərlə tempimiz yaxşı idi, amma traffikdə çox qaldığımız üçün bundan istifadə edə bilmədik. Sonda isə bir xal təsəlli oldu”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 637
Teqlər , , ,
Paylaş

logo