R.Qrojan 6-cılığa inanır

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, Əbu Dabidə uğurlu olmaq üçün ikinci sərbəst yürüşləri yaxşı dəyərləndirməlidirlər.

F-1.az xatırladır ki, ABŞ təmsilçisi Mühəndislər Kubokunda 8-ci yerdədir, amma mövsümü 6-cı yerdə başa vurmaq şansları hələ də qalır.

Roman Qrojan: “Yarış bitənə qədər hər şeyi yaxşılaşdırmaq üçün şansımız olacaq. Buna görə də təslim olmamalıyıq. Mövsümün son yarışındayıq və buradan yaxşı ayrılmaq istəyirik. Son həftələrə baxdığımızda Renault daha yaxşı görünür, amma bu trası sevirəm və gözəl nəticələr almaq üçün əlimdən gələni edəcəm.

2016-cı il debüt mövsümümüz idi və buna baxmayaraq yaxşı nəticələr almışdıq. Bu il də yaxşı başladıq və əminəm ki, gələn il də bizim üçün əla keçəcək. Gələn ilin bolidini təkmilləşdirmək üçün Əbu Dabidə gözəl nəticə alıb 6-cı olmalıyıq. Buradan gələn pul bizə çox kömək edəcək. Hələ yüksək səviyyədə deyilik. Həftəsonu bacardıqca çox dövrə vurub bolidi hazırlamalıyıq. Ümid edirəm ki, hər şey yaxşı olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*