22 Oktyabr 2017, Bazar - 23:07

R.Peterson haqqında film təqdim olunub (video)

R.Peterson haqqında film təqdim olunub (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:13 - 19 Avqust, 2017

Son zamanlar dünya kinomotoqrafiyası Formula1 qəhrəmanlarına böyük diqqət ayırır. Ayrton Senna haqqında böyük sənədli filmdən sonra, Niki Lauda və Ceyms Hantın mübarizəsinə həsr olunmuş bədii filmi, eləcə də, Kley Reqatsoni, Bryus MakLaren haqqında sənədli filmləri də göstərmək olur. Bir ay əvvəl isə Williams komandası haqqında sənədli film təqdim olunmuşdu.

F-1.az xəbər verir ki, bir neçə gün əvvəl bu kolleksiyaya keçən əsrin 70-ci illərinin parlaq ulduzlarından biri Ronni Peterson haqqında çəkilmiş “Superisveç” filmi də əlavə olunub.

Maraqlıdır ki, Ronninin qızı Nina Kennedi filmin prodüserlərindən biri kimi çıxış edib. Nina atasını xatırlamır, çünki 1978-ci ilin İtaliya Qran Prisində baş verən faciəvi qəza zamanı onun cəmi 3 yaşı var idi. Altı il sonra Nina anasını – Barbra Petersonu da itirib – Barbranın özünə qəsd etməsinə Nina indiyədək inanmır.

Hazırda Ninanın 41 yaşı var, çoxdan həyat yoldaşının soyadı ilə yaşayır. İsveçdə bu filmin nümayişindən sonra xatırlayıblar ki, əfsanəvi həmyerlilərinin belə bir varisi qalıb.

Aydın məsələdir ki, filmdə arxiv sənəd materiallarından geniş istifadə olunub, kadrları isə “superisveç”lə bir zamanda çıxış etmiş sürücülər – Niki Lada, Ceki Stüart, Emerson Fittipaldi, Mario Andretti, Codi Şekter və Con Uotson şərh edirlər. Film hələlik yalnız İsveçin pullu Viaplay servisinə yerləşdirilib, amma tezliklə digər resurslarda da peyda olacaq…

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 26. 174
Teqlər
Paylaş

logo