R.Marçyello Arrivabeneni tənqid etdi

2011-ci ildən Ferrari-nin Sürücü Akademiyasının üzvü olan Raffaele Marçyello bir neçə gün əvvəl akademiyadan ayrılıb.

F-1.az xəbər verir ki, gənc pilot Ferrari komandasının rəhbəri Mauritsio Arrivabenenin onu komandada görmək istəmədiyini bildirib.

Raffaele Marçyello: “Arrivabene ilə heç vaxt yaxşı münsibətim olmayıb. O, mənim Formula1 üçün kifayət qədər yaxşı sürücü olmadığımı düşünürdü və buna görə də, hər şey bitdi. Bir insandan hamının razı qalması mümkün deyil. Əgər istəsələr, mənə Ferrari mühərriklərindən istifadə edən komandalardan birində yer tapa bilərdilər. Amma bunu etmədilər”.

Buna baxmayaraq, Marçyello GP2 karyerasını davam etdirəcək.

Qeyd edək ki, 2014-cü ildən etibarən GP2-də iştirak edən pilot ümumilikdə 43 yarışa çıxıb və yeganə qələbəsini 2014-cü ildə Belçikada qazanıb. Keçən mövsüm isə Trident komandasının tərkibində 4 yarışda podiuma yüksəlib və mövsümü 110 xalla 7-ci yerdə bitirib.

O, həmçinin, 2015-ci ildə Sauber-in ehtiyat sürücüsü olub.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*