R.Kubitsa: “Yeni bolidləri sürə bilərəm”

Sabiq Formula1 sürücüsü Robert Kubitsa bildirib ki, yeni nəsil Formula1 bolidlərini sürə bilər.

F-1.az xatırladır ki, polşalı sürücü 2011-ci ildə rallidə qəza edib qolunu zədələdikdən sonra Formula1 karyerasını bitirmişdi. Lakin 32 yaşlı sürücü keçən həftə Lotus-un 2012-ci il bolidi E20-ni test edərək 115 dövrə vurmuşdu.

Robert Kubitsa: “Doğrudan da emosional an idi və özümü hər şeyə sıfırdan başlayan uşaq kimi hiss etdim. Lakin, artıq yaşlıyam. 15 il əvvələ nisbətən yatmaqda çətinlik çəkirəm. Hiss etdiklərim çox yüksək idi və bu hisslər mənimlə qalmağa davam etdi. Bir az da qalacaq. Bu testə hazırlaşmaq üçün çox idman etdim. Fiziki cəhətdən heç vaxt belə güclü olmamışdım. Formula1-də yarışanda belə. İdman mənə çox kömək etdi və hər şeyə hazır idim. Gördüm ki, vəziyyət elə də qorxulu deyildi.

Dövrəvi nəticələr çox vacib deyil. Bu test barədə danışmaq üçün minlərlə söz istifadə edə bilərəm. Lakin 2010-cu ildə mənimlə işləmiş və həmin gün Valensiyada olan bir nəfər bir cümlə ilə hər şeyi dedi – “Sən hələ də Formula1 sürücüsüsən”. Çox emosional idi. Bilirəm ki, doğru deyil, çünki peletonda yoxam. Ancaq 2010-cu ildə bir yerdə işlədiyim bir adamın belə deməsi mənim üçün çox vacibdir. Bu mükəmməl hissdir.

Düzünü desəm, yeni bolidlərlə problem yaşayacağıma inanmıram. Yeni bolidlər döngələrdə sürətli olsa da, 2012-ci il bolidlərindən çox da fərqlənməyəcək.

Əgər yeni bolidləri test etmək şansım olsa, mənim üçün problem olmayacaq. Təbii ki, bolidlə bağlı yeni şeylər öyrənməli olacam, amma vaxta ehtiyacım var. Lakin, sakit olmalıyıq. Əgər şansım olsa, əlimdən gəldiyi qədər yaxşı performans göstərməyə çalışacam və çoxlu məlumat toplayacam.

Hazırda planım var. Beynimdə fərqli ssenarilər quraşdırıram, amma geridə qalan 6 ildə həyatımda çox şey baş verdi və çox şey dəyişdi. Hədəflərimə çatmaq üçün çalışacam. Gələcəyim barədə danışmaq üçün hələ tezdir. Nələr olacaq bilmirəm. Üç ay əvvəlki hədəfim F1 bolidini test etmək idi və bunun üçün yaxşı hazırlaşdım. Bəs növbəti hədəfim nədir? Yeni hədəfimin olmadığını demək axmaqlıq olar. Valensiya mənə güc və inam gətirdi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*