R.Kubitsa Williams ilə testə çıxacaq

Williams komandası 2018-ci il sürücü qərarını verməmişdən Robert Kubitsa ilə Əbu Dabidə test edəcək.

F-1.az xəbər vermişdi ki, britaniyalıların gələn il üçün artıq 3 seçimi qalıb.

Qeyd edək ki, Robert Kubitsa keçən ay Williams-ın 2014-cü il bolidi ilə test etmişdi. Xatırladaq ki, Əbu Dabi yarışından sonra komandalar 2 gün ərzində Yas Marinada qalaraq, 2018-ci ilin təkərlərini test edəcəklər. Williams komandası da son qərarı vermək üçün Kubitsa ilə Əbu Dabidəki testlərdə iştirak edəcək. Komandanın texniki direkoru Pəddi Lou da bu xəbəri təsdiqləyib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*