R.Kubitsa: “Son addım həmişə çətin olur”

Robert Kubitsa bildirib ki, Formula1-ə qayıtmaq üçün önəmli addımlar atsa da, son addım həmişə çətin olur.

F-1.az xatırladır ki, polşalı sürücü Williams-la Əbu Dabidə testlərə çıxıb və əksər resurslar inanır ki, 32 yaşlı sürücü gələn il britaniyalıların heyətində olacaq.

Robert Kubitsa: “Formula1-ə yaxınlaşdıqca işlər daha da çətinləşir. Buraya qədər gələnə kimi çox iş gördüm. Davamlı testlərdə idim və yenilikləri öyrənmək üçün çox işlədim. Bundan sonrakı proseslər məndən asılı deyil. Bir qərar veriləcək və mən də onu gözləyirəm. Nəticədən asılı olmayaraq, çox gözəl 10 ay keçirdim. Çox işlədim və əldə etdiyim nəticələrdən razıyam. Test nəticələri də hazır olduğumu göstərdi. Qayıtmaq istədim və düşünürdüm ki, bacararam. Əks halda, buraya gəlməzdim də. Mən də sizin kimi qərarı gözləyirəm. Ümid edirəm ki, yaxşı olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*