R.Kubitsa pula görə seçilməyib?

Keçmiş Jordan komandasının texniki direktoru və hazırda Autosport-da texniki ekspert kimi çalışan Qəri Anderson bildirib ki, Kubitsa pula görə Formula1-ə gələ bilməyib.

F-1.az xatırladır ki, Williams komandası Kubitsa ilə Sirotkini testlərdə sınamış və sonda 22 yaşlı sürücünü transfer etmək qərarına gəlmişdi. Sirotkinin transferində 20 milyon dollarlıq sponsor ödəməsinin də böyük rolu olub.

Qəri Anderson: “Məncə, seçilməməsinin səbəbi pul idi. İstedadına inanıram. Williams və ya Renault komandalarında birgünlük testlər çox çətin olur. Əgər yarış tempində yaxşıdırsa, sıralanma tempinə görə narahat olmağa dəyməzdi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*