14 Dekabr 2017, Cümə axşamı - 13:52

R.Kubitsa Pol Rikarda 90 dövrə vurub

R.Kubitsa Pol Rikarda 90 dövrə vurub

Müəllif: Elçin Zodorov, redaktor

16:15 - 13 İyul, 2017

Renault polşalı sabiq sürücünün Formula1-ə qayıtmaq imkanlarını qiymətləndirmək üçün hələ bir ay əvvəl onu 2012-ci ildə Lotus-un yarışdığı E20 bolidinin sükanı arxasına əyləşdirmişdi.

F-1.az xatırladır ki, Kubitsa keçən ay Valensiya testlərində 115 dövrə vurmuş və Formula1-ə qayıtmaq şansını 80-90% qiymətləndirilmişdi. Bundan sonra Renault onunla daha bir test sessiyası keçirəcəyini təsdiqləmişdi.  Test dünən gözlənildiyi kimi, Pol Rikar trasında baş tutub – Robert bu dəfə də E20-ni idarə edib və 90 dövrə vurub.

Renault testlərin nəticələri barədə heç bir məlumat verməsə də, komandanın bir nümayəndəsi BBC-yə müsahibəsində hər şeyin yaxşı keçdiyini bildirib.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 359
Teqlər , , , ,
Paylaş

logo