22 Noyabr 2017, Çərşənbə - 07:32

R.Kubitsa Montsada Palmeri əvəzləyəcək?

R.Kubitsa Montsada Palmeri əvəzləyəcək?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:09 - 23 İyun, 2017

Robert Kubitsa Colion Palmeri İtaliya Qran Prisinin cümə sərbəst yürüşlərində əvəz edə bilər – bu gün Bakıda paddokda belə şayiə peyda olub.

F-1.az xatırladır ki, iyunun əvvəlində polşalı keçmiş sürücü Valensiyada Renault komandası ilə E20 maşınının sükanı arxasında uğurlu test proqramı keçirmişdi və idaretmədə heç bir ciddi problemlə üzləşmədən sürətli nəticələr göstərmişdi.

Testlərdən sonra həm komanda, həm də Kubitsa bildirmişdilər ki, gələcəkdə bu istiqamətdə heç nə planlaşdırılmayıb, amma Kubitsa daha sonra bir neçə dəfə bildirmişdi ki, böyük məmnuniyyətlə çempionata qayıtmaq istəyir.

Roberin cümə sərbəst yürüşlərində məhz Montsada çıxış etməsi məntiqli addımdır – döngələrin minimum sayda olduğu trasda sürücünün işi daha asan olacaq. Bu halda 2011-ci ilin fevralında Andorra Rallisində ağır qəza keçirmiş sürücünün zədələdiyi sağ qoluna daha az yük düşəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 8. 645
Teqlər , , , ,
Paylaş

logo