18 Noyabr 2018, Bazar - 12:13

R.Kubitsa: “İstəsəm, Formula1-ə qayıdaram”

R.Kubitsa: “İstəsəm, Formula1-ə qayıdaram”

Müəllif: Rauf Hacıyev, redaktor

12:07 - 04 Aprel, 2017

Sabiq Formula1 sürücüsü Robert Kubitsa bildirib ki, Formula1-ə qayıtmaq fikri olmasa da, bu mövzuda əvvəlki kimi qəti fikirli deyil.

F-1.az xatırladır ki, Kubitsa 2011-ci ildə ralli yarışında qəza edərək, ölümcül xəsarət almış və Formula1 karyerasını bitirməli olmuşdu. Polşalı sürücü bundan sonra müxtəlif seriyalarda yarışmağa başlamışdı.

Robert Kubitsa: “Hazırda Formula1-ə qayıtmaq barədə düşünmürəm. Amma nə baş verəcəyini heç vaxt əvvəldən proqnozlaşdırmaq olmaz. Bəlkə də bir gün bunu çox istəyərəm və qayıdaram. 2017-ci ildə Le Manda yarışacam və bu, mənim üçün yeni səhifə olacaq. Buna görə də həyəcanlıyam.

Formula1-də yarışdığım dövrləri xatırlayanda üzümdə təbəssüm əmələ gəlir. O vaxtlar yaxşı idim və yarışmaqdan həzz alırdım. Bu istəyi yenidən hiss etsəm, Formula1-ə qayıtmaq barədə düşünə bilərəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 924
Teqlər ,
Paylaş

logo