25 Aprel 2018, Çərşənbə - 20:11

R.Kubitsa ilk yeddi yarış üçün 7 milyon dollar ödəyəcək?

R.Kubitsa ilk yeddi yarış üçün 7 milyon dollar ödəyəcək?

Müəllif: Elçin Zodorov, redaktor

12:17 - 19 Dekabr, 2017

Robert Kubitsa bu il dəfələrlə testlərdə Renault və Williams-ın maşınlarının sükanı arxasına keçib. Əldə edilən nəticələr isə müxtəlif olub. Çox güman ki, polşalı sürücü önümüzdəki mövsüm boyunca da testlərdə iştirak edəcək.

F-1.az xəbər verir ki, Avropa mətbuatı Niko Rosberqin təklif etdiyi qeyri-adi ssenari barədə yazır. Qeyd edək ki, 2016-cı ilin dünya çempionu Robertin meneceridir. İddialara görə, Niko Williams komandasına polşalı sürücünün 7 milyon dollar qarşılığında ilk yeddi yarışda çıxış etməsini təklif edib və belə bir şərt irəli sürüb ki, əgər Robertin bu müddətdə ərzində çıxışı komandanı qane etməsə, onu mövsümün qalan hissəsində Sirotkin əvəzləyəcək.

Lakin bu ssenari hamı üçün – mövsümün ortasında mübarizəni dayandıracağına görə Kubitsa üçün, mövsümün əvvəlində tam test proqramında iştirakdan məhrum olacağına görə Sirotkin üçün və belə dəyişikliklər nəticələrə mənfi təsir edəcəyinə görə Williams komandası üçün uğursuz ola bilər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 117
Teqlər , , ,
Paylaş

logo