R.Kubitsa Belçikada Formula1-ə qayıdacaq?

Almaniyanın Auto Bild nəşrinin xəbərinə əsasən, Robert Kubitsa Belçika yarışından etibarən Formula1-ə qayıdacaq.

F-1.az xatırladır ki, polşalı sürücü 6 illik fasilədən sonra iyunda Valensiyada Lotus-un 2012-ci il bolidi E20-ni test etmiş və 115 dövrə vurmuşdu. 32 yaşlı sürücü növbəti dəfə keçən həftə Fransanın Pol Rikar trasında Lotus E20-nin sükanı arxasına keçmiş və bu dəfə 90 dövrə vurmuşdu. Bu testlərdən sonra Renault Kubitsanın performansından təsirlənib.

Auto Bild-in xəbərinə əsasən, Kubitsa Renault ilə Macarıstandakı mövsümiçi testlərdə çıxış edəcək. Xəbərdə 32 yaşlı sürücünün Macarıstan Qran Prisində komanda ilə işləyəcəyi və yarışdan sonra testlərdə sükan arxasına keçəcəyi yazılıb. Beləliklə, komanda Kubitsanın performansını Palmer və Hülkenberqlə müqayisə ediləcək. Əgər sabiq sürücünün performansı bu iki sürücü qədər yaxşı olsa, komanda Belçika yarışına Hülkenberq-Kubitsa cütü ilə çıxacaq…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*