16 Dekabr 2017, Şənbə - 15:09

R.Kubitsa: “Avstraliyada yarışmasam, məyus olaram”

R.Kubitsa: “Avstraliyada yarışmasam, məyus olaram”

Müəllif: Rauf Hacıyev, redaktor

08:22 - 29 Noyabr, 2017

Robert Kubitsa Əbu Dabidə ilk test günündən sonra bildirib ki, Avstraliya yarışında iştirak etməsə, çox məyus olacaq.

F-1.az xatırladır ki, polşalı sürücü dünən Williams-la testlərə qatılıb və 100 dövrə vura bilib, 32 yaşlı sürücü 1:41.296 zaman nəticəsi ilə 9-cu olub.

Robert Kubitsa: “Xoşbəxtəm, amma Melburnda yarışmağıma icazə versələr, daha da xoşbəxt olacam. Bu gün əla iş gördüm. Hədəfim təkərlərin işləməsi üçün komandaya kömək etmək idi.

Renault ilə testlərdən sonra fərqli trasda və boliddə təkərləri test etdim. Mənim üçün məktəbin ilk günü idi. Yarış tempindən razıyıq, amma əvvəlki testlərdə də bundan əziyyət çəkməmişdim. 2010-cu ilin Əbu Dabi yarışına nisbətən özümü yaxşı hiss edirəm. Müqavilə bağlamasam, məyus olacam. Tək hədəfim budur. Özümdən gözləntilərim var və bununla mübarizə apara bilərəm. Hazır olduğumu göstərdim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 35
Teqlər , , ,
Paylaş

logo