24 Noyabr 2017, Cümə - 11:41

R.Kubitsa 6 ildən sonra qayıdır

R.Kubitsa 6 ildən sonra qayıdır

Müəllif: Rauf Hacıyev, redaktor

14:05 - 05 İyun, 2017

Sabiq Formula1 sürücüsü Robert Kubitsa həftənin ikinci günü Valensiyada Lotus-un 2012-ci il bolidi ilə testlər edəcək və beləliklə, polşalı sürücü 2011-ci ildən sonra ilk dəfə F1 bolidinin sükanı arxasına keçəcək.

F-1.az xatırladır ki, 32 yaşlı sürücü sonuncu dəfə 2011-ci ildə Rikardo Tormo trasında keçirilən mövsümöncəsi qış testlərində Formula1 bolidi sürmüşdü. Kubitsa bu testdən qısa müddət sonra ralli yarışı zamanı qəza keçirtmiş və ondan sonra Formula1 bolidinə otura bilməmişdi. Polşalı o qəzadan sonra rallidə çıxış etmiş və keçən il GP3, Formula E və LMP2 maşınlarını test etmişdi.

Kubitsa bu il ByKolles komandası ilə FİA Dünya Dözümlülük yarışında iştirak etməyi qəbul etsə də, daha sonra bundan imtina etmişdi.

Açıqlamalara görə, polşalı sürücü ikinci gün Lotus komandasının 2012-ci il bolidi ilə Valensiyada trasa çıxacaq. Həmin gün Sergey Sirotkin də E20-ni idarə edəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 9. 014
Teqlər , ,
Paylaş

logo