R.Kubitsa 2019-cu ildə yarışacaq?

Williams komandasının texniki direktoru Pəddi Lou bildirib ki, Robert Kubitsa 2019-cu ildə yarışa bilər.

F-1.az xatırladır ki, Britaniya təmsilçisi Massanın yerinə Sirotkinlə Kubitsanı sınamış, amma sonda rusiyalı sürücünü seçmişdi. Polşalı Kubitsa isə komandanın test və developer sürücüsü təyin edilib. 33 yaşlı sürücü mövsümöncəsi qış testlərində və mövsümiçi testlərdə iştirak edəcək.

Pəddi Lou: “Onun üçün ciddi bir test proqramı təşkil etmişik və dəyərləndirəcəyik. Görək sonu necə olacaq. Kubitsanın 2019-cu ildə yarışmaq ehtimalı var”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*