22 Aprel 2018, Bazar - 06:34

R.Haryantonun taleyinə bu həftə aydınlıq gələcək

R.Haryantonun taleyinə bu həftə aydınlıq gələcək

Müəllif: Elçin Zodorov, redaktor

20:39 - 31 Yanvar, 2016

Onun qarşıdakı mövsümdə Manor komandası ilə Formula1-də çıxış etməsi üçün 15 milyon funt sterlinq tələb olunur.

F-1.az keçən həftə xəbər vermişdi ki, tələb olunan məbləğin 5,2 milyon funt sterlinqlik hissəsini pilotun sponsoru Pertamina şirkəti ödəyəcək. Qalan 9,8 milyon funt sterlinqlik hissənin ödənilməsini İndoneziya hökuməti öz üzərinə götürmüşdü.

Rio Haryanto: “Formula1-də iştirak edib-etməyəcəyim bu həftə bilinəcək. Arzularımın həyata keçməsinə ümid edirəm”.

Haryantonun Manor-a keçidi üçün tələb olunan pulun 3 milyon funt-sterlinqlik hissəsi əvvəlcədən ödənilməlidir. Qalan hissəsi isə mövsüm boyu hissə-hissə Manor-un hesabına köçürüləcək.

İndoneziya gənclər və idman nazirliyindən bildirilib: “Haryanto ilə bağlı olduqca vacib bir həftədəyik. Onun üçün əlimizdən gələni etdik. Növbəti həftə hər şey aydın olacaq…”

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 322
Teqlər , ,
Paylaş

logo