18 Noyabr 2017, Şənbə - 00:59

R.Haryantonun Manor-a keçidi bu gün açıqlana bilər

R.Haryantonun Manor-a keçidi bu gün açıqlana bilər

Müəllif: Elçin Zodorov, redaktor

08:11 - 18 Fevral, 2016

Dünən The Telegraph-da çıxan məlumatda Stivensin artıq Manor-a keçmək şansının qalmadığı, ən güclü namizədin isə Rio Haryanto olduğu bildirilmişdi…

F-1.az xəbər verir ki, bu gün xarici mətbuatda çıxan xəbərlərdə İndoneziya hökumətinin Haryanto üçün 10 milyon avro ödəyəcəyini bir daha təsdiq etdiyi yazılıb. Bir müddətdir ki, pilotun meneceri Pirs Hunnisett də lazım olan 15 milyon avronu toplamaq üçün çalışırdı.

Biz əvvəl də məlumat vermişdik ki, qalan 5 milyon avroluq hissəni də sürücünün sponsoru olan Pertamina şirkəti ödəyəcək. Şirkətin bu gün nahardan sonra Cakartada mətbuat konfransı keçirəcəyi və bunun üçün bütün jurnalistləri dəvət etdiyi bildirilir. Mətbuat konfransında Haryantonun Manor-a keçidinin rəsmi şəkildə açıqlanacağı gözlənilir…

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 322
Teqlər , , , , ,
Paylaş

logo