R.Dennis: “Komandama 10 ballıq sistemlə 5 bal verərdim”

McLaren komandasının rəhbəri Ron Dennis Britaniya təmsilçisi üçün yaxşı keçməyən mövsümə görə komandasına 10 ballıq sistemlə 5 bal verib...

F-1.az xatırladır ki, McLaren bu mövsüm keçən ilə nisbətən daha yaxşı təsir bağışlasa da, podium və qələbə mübarizəsindən hələ də uzaqdır.

Britaniyalılar hazırda Mühəndislər Kubokunda 6-cı yerdədirlər. McLaren komandası bəzi yarışlarda ən sürətli 4-cü komanda olsa da, turnir cədvəlində ilk beşlikdən çox geridə qalır.

Ron Dennis komandasının builki performansını dəyərləndirib: “Komandaya 10 ballıq sistemlə 5 bal verərdim. Yarışlar qazanmaq üçün buradayıq. Əgər yarış qazana bilmiriksə, deməli lazımi qədər güclü deyilik. Amma doğru yöndə gedirik. Yeni mühərriyin üzərində işləyirik və bu işlərə əvvəlki illərə nisbətən bir neçə ay daha tez başladıq. Bolidi təkmilləşdirmişik və bu doğru addımdır. Hamının dediyi kimi gələn ilin bolidləri 4, 5, 6 saniyə daha sürətli olacaqlar. Vəziyyət belə olan halda güclü sürücülər ön plana çıxacaqlar”.

Dennis Battonun Formula1-ə qayltmaq şansı barədə də danışıb: “Hamımız zehni cəhətdən yorğunuq. Bir sürücünün 4 aydan sonra fiziki və zehni cəhətdən necə olduğunu görmək istəyirəm. Böyük ehtimalla darıxacaq. Uğur qazanmağa ac olacaq və məncə, qayıtması üçün bir şansı var. Onun bütün proseslərdə iştirak etməsini istəyirik.

2018-ci il barədə proqnoz vermək çətindir. Üç böyük sürücüyə sahib olmaq pis hal deyil. Alınacaq qərarlar barədə heç bir narahatlığım yoxdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*