R.Dennis: “Ekklstoun xələfini Formula1-dən kənarda axtarmalıdır…”

McLaren Group-un başçısı Ron Dennisin fikrincə, gələcəkdə Berni Ekklstounu əvəzləyəcək şəxs kənardan gəlməlidir...

F-1.az xəbər verir ki, FOM rəhbərini əvəzləyə biləcək şəxs kimi Formula1 komandalarının rəhbərlərindən bir neçəsinin adı çəkilmişdi. Onlardan biri də Red Bull-un rəhbəri Kristian Hornerdir. Ekklstoun özü də bu vəzifəyə Brabham komandasının rəhbəri olarkən gəlmişdi.

Ron Dennis: “Mənim fikrimcə, Formula1 komandalarının rəhbərlərindən biri gələcəkdə onu əvəz etməməlidir. FİA və ya FOM-da komanda rəsmilərindən biri vəzifəyə gələrsə, obyektivliyi qorumaq çətin olar. Mənə bu təklifin ediləcəyini gözləmirəm. Edilsə, çox şad olaram. Amma qəbul etmərəm. İş karyeramın zirvəsindəyəm və etməli olduğum çox şey var”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*