16 Dekabr 2017, Şənbə - 15:10

R.Braun: “Volff və Laudaya güvənmədiyim üçün Mercedes-dən ayrıldım”

R.Braun: “Volff və Laudaya güvənmədiyim üçün Mercedes-dən ayrıldım”

Müəllif: Rauf Hacıyev, redaktor

13:44 - 19 Oktyabr, 2016

Mercedes komandasının sabiq rəhbəri Ross Braun bildirib ki, 2013-cü ildə komandaya yeni gələn Niki Lauda və Toto Volffa güvənmədiyi üçün Mercedes-dən gedib…

F-1.az xatırladır ki, Ross Braun 2009-cu ildə öz komandası Brawn GP-ni Mercedes-ə satmışdı.

Britaniyalı mütəxəssis Mercedes-dən ayrılma səbəbləri barədə danışıb və Lauda ilə Volffa güvənmədiyini deyib: “Mercedes-də mənim yanıma gətirilən adamlara güvənə bilmədim. Onlar nə etməyə çalışırdı bilmirdim. Nikidən bir şey deməsini istəyirdim, amma o başqa şey deyirdi. Nəticədə güvənə bilmədiyim adamlarla işləməyə başlamışdım. Onsuz da komanda daxilində fikirlərinə görə məni məyus edən adamlar var idi.

2013-cü ildə Pəddi Lou ilə müqavilə bağlanmışdı və mən öyrəndim ki, müqavilə Ştutqartda bağlanılıb. Daha sonra Niki və Toto ilə danışdım, amma hər ikisi də bir-birini günahlandırdı. Onlarla ayrılıqda danışdım, amma hər ikisi də günahı bir-birinin üstünə atdı.

Onlarla mübarizə aparıb, məğlub etməyə hazır idim, amma bu insanlara güvənə bilmirdim və komandada gələcək görmədim. Güvənmədiyim adamlarla gələcəyim ola bilməzdi”.

Braun bildirib ki, komanda daxilində “ya mən, ya onlar” situasiyası olmayıb: “Bu cür hal ilə qarşılaşmadım. Amma bu layihəyə özümü həsr edə bilmədim”.

Braun əlavə edib ki, Toto Volff və Niki Laudanın nəyə görə səhmdar olduğunu anlamır: “Bütün bunların səbəbi Toto və Nikinin səhmdar olması idi. Bu qərar Mercedes tərəfindən alınmışdı. Bunu doğrudan da başa düşmədim. Onlar komandanın idarəçilərindən olmaq istədilər və istəklərinə çatdılar. Onlar, məncə, komandada daha çox hörmət görmək üçün bunu istədilər. Komandanın qismən də olsa, sahibi oldular. Pul verib, səhmdar oldular. Bu da onlara söz demə haqqı qazandırdı. İstədikləri də bu idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 147
Teqlər , , , , ,
Paylaş

logo