18 Noyabr 2018, Bazar - 01:36

R.Braun: “Rosberqin istefası idman üçün yaxşı deyil”

R.Braun: “Rosberqin istefası idman üçün yaxşı deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

18:14 - 04 Aprel, 2017

Formula1-in idman direktoru Ross Braun bildirib ki, Niko Rosberqin istefası idman üçün yaxşı hal olmasa da, onu anlayır.

F-1.az xatırladır ki, Niko Rosberq 2016-cı ildə Dünya Çempionu titulunu qazandıqdan 5 gün sonra istefa vermiş və Formula1 karyerasını bitirdiyini açıqlamışdı.

Formula1 tarixinin 33-cü çempionunun bu qərarını bəziləri sərt formada tənqid etsə də, bəziləri dəstəkləmişdi. 2010-2013-cü illərdə Rosberqlə bir yerdə işləmiş Ross Braun almaniyalı sürücünün bu qərarına dəstək verib: “İstefa qərarı idman üçün yaxşı deyil. Amma yarışmaq üçün lazımi motivasiyası yoxdursa, o zaman təqaüdə çıxması daha yaxşı olar. Böyük ehtimalla Rosberq və Formula1 üçün ən doğru qərar idi, çünki heç kəs get-gedə zəifləyən bir Dünya Çempionu görmək istəməz. Amma bir çempionun təqaüdə çıxması idman üçün yaxşı hal deyil. Lyuis idmandakı ən yaxşı meyarlardan biridir. Doğru boliddə və doğru komandada çıxış edir. Valtteri Bottas ilə mübarizəsi təsiredici olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 295
Teqlər , ,
Paylaş

logo