R.Braun: “Rikkardo güclü hücumçudur”

Formula1-in idman direktoru Ross Braun bildirib ki, Daniel Rikkardo çox istedadlı hücumçudur.

F-1.az xatırladır ki, Çin yarışında təhlükəsizlik maşını rejimindən istifadə edən Rikkardo rəqiblərini gözəl hücumlarla keçərək 6-cı yerdən 1-ci yerə yüksəlmişdi.

Ross Braun: “Daniel yenə də göstərdi ki, əlinə fürsət düşəndə qələbə qazanmağa qadirdir. Onun bütün qələbələri 4-cü və ya daha geridən başladığı yarışlarda gəldi. Doğru zamanda doğru yerdə ola bilir və ötmə cəhətdən çox istedadlıdır. Daniel topu əla idarə edə bilən hücumçu kimidir. Müdafiəçilər onu qarşılarında görəndə bilmirlər nə etsinlər. Şanxayda Ferstappenlə müqayisədə çox güclü olduğunu sübut etdi. Maks əvvəlcə Həmiltona, daha sonra Fettelə hücum edərkən zamanlama səhvi etdi. Amma onun 20 yaşı olduğunu unutmamalıyıq. Komanda yoldaşı Danieldən çox şey öyrənməlidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*