25 Sentyabr 2018, Çərşənbə axşamı - 21:06

R.Braun özünü Musa Peyğəmbər kimi aparır

R.Braun özünü Musa Peyğəmbər kimi aparır

Müəllif: Rauf Hacıyev, redaktor

10:11 - 21 Dekabr, 2017

Ferrari-nin prezidenti Sercio Markionne Formula1-in idman direktoru Ross Braunu sərt tənqid edib.

F-1.az xatırladır ki, Markionne daha əvvəl bildirmişdi ki, 2021-ci ildə qaydalar istədiyi kimi olmasa, idmandan ayrılacaqlar. Lakin italiyalı prezident qeyd edib ki, Ross Braun idmanı məhv etməklə məşğuldur.

Sercio Markionne: “Çeyz Keri ilə yaxşı münasibətimiz var. 10 gün əvvəl görüşdük və açıq söhbət etdik. Ross Braunun start düzümündəki qızlarla bağlı və şassi ilə mühərriklər barədə dedikləri sözləri isə ciddiyə almadım. Braun özünü 10 Əmri oxuyan Musa Peyğəmbər kimi aparır, amma rəhbərləri deyir ki, o, ancaq öz fikirlərini bildirir. Buna görə də müzakirə aparmaq yersizdir. Bu işdən kim məsuldursa, onunla danışacam. Mətbuatı bu işə qarışdırmağın mənası yoxdur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 229
Teqlər , ,
Paylaş

logo