20 Oktyabr 2017, Cümə - 19:54

R.Braun ötmələrlə bağlı işçi qrup yaradacaq

R.Braun ötmələrlə bağlı işçi qrup yaradacaq

Müəllif: Elçin Zodorov, redaktor

08:03 - 27 Yanvar, 2017

Formula1-in yeni idman direktoru Ross Braun FOM çərçivəsində işçi qrup yaratmağı planlaşdırır. Təcrübəli mütəxəssis hesab edir ki, keçidlərin daha çox olması üçün DRS-dən də yaxşı həll yolları tapmaq lazımdır.

F-1.az xatırladır ki, komandaların nümayəndələrindən ibarət qrup 2000-ci illərin ortalarında keçidlərin daha çox olması üçün DRS sistemini təklif etdikdə Braun etiraz etmişdi.

Ross Braun: “Mən bu problemi həll edəcək işçi qrup yaratmaq istəyirəm. FOM əvvəllər bununla məşğul olmayıb. FİA bunun üzərində bir qədər işləyib, lakin mən təcrübəli insanlardan ibarət olan kiçik bir qrup yaratmaq istəyirəm və onların məsələ ilə bağlı fikirləri olacaq. Sözün açığı, mən DRS-in elə də böyük pərəstişkarı deyiləm. Bu, problemin süni həll yoludur, lakin hələ daha yaxşısı tapılmayıb. Belə ötmələr əsl mübarizədən xəbər vermir. Düymə basılır və siz qabaqdasınız. DRS zonalarından kənarda baş verən ötmələr daha emosionaldır.

Bizi maraqlı mövsüm gözləyir. Yeni dəyişikliklər aerodinamikanın rolunu artıracaq. Lakin biz bilmirik ki, bu ötmələri artıracaq və ya azaldacaq. Yeni dəyişikliklər komandaların qüvvələrin nisbətini dəyişdirə bilər. Lakin görsək ki, ötmələr azalıb, deməli, uzun müddət ərzində ediləcək düzəlişlərə ehtiyac olacaq. Amma mövsümün gedişində heç nəyi dəyişdirməyəcəyik. Bizə komandaları pis vəziyyətdə qoya biləcək kortəbii dəyişikliklər lazım deyil”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 052
Teqlər , , , ,
Paylaş

logo