26 Sentyabr 2018, Çərşənbə - 18:44

R.Braun: “Honda inkişaf edib”

R.Braun: “Honda inkişaf edib”

Müəllif: Rauf Hacıyev, redaktor

14:08 - 12 Avqust, 2018

Formula1-in idman direktoru Ross Braun bildirib ki, Honda mühərriyi bu il inkişaf edib.

F-1.az bildirir ki, Toro Rosso komandası hazırda 28 xalla turnir cədvəlində 8-ci yerdədir və ən yaxın izləyicisi Sauber-i 10 xal qabaqlayır.

Ross Braun: Gələn il Red Bull-la işləyəcəklərini düşünsək, güc qurğularında vacib inkişaf olduğunu görərik. Üst sıralarda çox komandanın mübarizə aparması şou üçün vacibdir. Bu fanatların və idmanın istədyi şeydir.

Macarıstan yarışında Qasli əla sürdü və üç komandadan sonra finişə 6-cı yerdə çatdı. Hartli isə 11-ci olaraq xal almağa çox yaxınlaşdı. Komanda bu il enişli-yoxuşlu performans göstərir. Bəhreyn, Monako və Macarıstan kimi yarışlarda yaxşı yerlər tutdular. Amma bəzi yarışlarda bəxtləri onlara kömək etmədi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 59
Teqlər , ,
Paylaş

logo