R.Braun Formula1-in idman direktoru təyin olunub

Mercedes AMG komandasının keçmiş başçısı Ross Braun Formula1-in yeni idman direktoru vəzifəsini icra edəcək - onun işi perspektivli planlaşdırma və qaydaların tərtibi olacaq.

F-1.az bildirir ki, rəsmi bəyanat yaxın günlərdə elan olunacaq. Britaniyalı ekspert Ceyms Allenin məlumatına görə, Formula1-in yeni sahibi olan Liberty Media şirkəti artıq Braunla bütün şərtləri müzakirə edib.

Qeyd edək ki, Braun Berni Ekklstounu əvəz etməyəcək, əksinə, onun işini tamamlayacaq – Berni əvvəlki kimi trassahibləri ilə danışıqlar aparacaq, yayım hüququnu satacaq və digər kommersiya məsələlərini nəzərdən keçirəcək.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*