23 Oktyabr 2017, Bazar ertəsi - 17:13

R.Braun: “Fettel titulu qazana bilər”

R.Braun: “Fettel titulu qazana bilər”

Müəllif: Rauf Hacıyev, redaktor

12:16 - 23 Sentyabr, 2017

Formula1-in idman direktoru Ross Braun bildirib ki, Sebastyan Fettelin hələ də şansı var.

F-1.az xatırladır ki, almaniyalı sürücü son 6 yarışa əsas rəqibi Həmiltondan 28 xal geridə girəcək.

Ross Braun: “Sebastyanın Sinqapurda yaşadığı hadisə şanssızlıq idi. Amma avtoidmanda bu cür hallar olur və heç nə bitməyib. Yarış insidenti idi və buna görə də stüardlar cəza vermədilər. Qarşıda hələ çox yarış var və çempionluq Fettel üçün hələ bitməyib.

Ferrari mənim dövrümdə uğurlara Şumaxerlə nail olurdu. İndi isə bunu Fettellə etmək istəyirlər. Buna görə də keçmiş günləri xatırlayıram. Lyuis çox güclü rəqibdir və onu məğlub etmək çətin olacaq. Ancaq avtoidmanda hər şey mümkündür. Görək nə olur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 166
Teqlər ,
Paylaş

logo