19 Noyabr 2017, Bazar - 01:29

R.Braun: “Fettel mükəmməl idi”

R.Braun: “Fettel mükəmməl idi”

Müəllif: Rauf Hacıyev, redaktor

16:10 - 03 Noyabr, 2017

Formula1-in idman direktoru Ross Braun bu mövsüm mükəmməl performans göstərən Ferrari komandasını təbrik edib.

F-1.az xatırladır ki, Ferrari mövsümə yaxşı başlasa da, mövsümün ikinci yarısında yaşadıqları etibarlılıq problemlərinə görə çempionluğu Mercedes-ə hədiyyə ediblər.

Ross Braun: “Sebastyanı ilboyu göstərdiyi performansa görə təbrik etməliyik. Meksikada poul aldı və mükəmməl dövrə vurmuşdu. Yarışda gerilərə düşsə də, sona qədər mübarizə apardı və çempionluq üçün əlindən gələni etdi. Sürətli olduğunu yenə göstərdi. Çempion ola bilməsə də, bu uğuru ilə fəxr duymalıdır. Gələn il daha mükəmməl olacaqlar. Maranello inkişafın yollarını bilir və buna görə gələn il daha güclü olacaqlar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 655
Teqlər , ,
Paylaş

logo