R.Braun: “Fettel Ferrari-nin gücünü göstərdi”

Formula1-in idman direktoru Ross Braun bildirib ki, Fettelin builki performansı Ferrari-nin gücünü göstərib.

F-1.az xatırladır ki, italyanlar bu il 19 yarışda 5 qələbə qazandıqları halda, Mercedes 11 dəfə fərqlənə bilib.

Ross Braun: “Fettel İnterlaqosda Ferrari-nin əsl gücünü göstərdi. Macarıstandan bəri davam edən qələbə həsrətinə son qoydu. O dövrdən bəri bir neçə fürsəti əldən verdilər, amma Ferrari həmişə güclü idi. Hazırda əllərində hər şey var. Sürücü, bolid və etibarlılıq. Hamısı bir araya gələndə Fettel qələbə üçün mübarizə apara bilir. Yarışa sona qədər nəzarət etdi. Bottasın təzyiqlərinə baxmayaraq, qalib gəldi. Artıq ikinci yeri təmin edib. Belə olanda motivasiyası da artacaq. Bu qələbə fasilədən əvvəl komandaya əhval verəcək. Əbu Dabidə də qalib gələ bilərlər, amma Red Bull və Mercedes də yarış qazanmaq istəyir. Orada böyük rəqabət ola bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*