R.Braun: “Ferrari-nin uğurlarında Fettelin böyük rolu var”

Formula1-in idman direktoru Ross Braun bildirib ki, Ferrari-nin yenidən çempionluq uğrunda mübarizə aparmasında Fettelin rolu danılmazdır.

F-1.az xatırladır ki, Ferrari son Sürücülər Kubokunu 2007-ci ildə, son Mühəndislər Kubokunu isə 2008-ci ildə əldə edib. Bundan sonra “qırmızılar” 2010-cu və 2012-ci illərdə titula yaxınlaşsalar da, bu şansı son yarışda əldən vermişdilər.

Ross Braun: “Son illər Ferrari üçün heç də asan keçmədi. Məncə, builki uğurda komandanın stabilliyi çox önəmli faktordur. Əksər işçilər uzun illərdir ki, dəyişmir və hamı ən yaxşı bacardığı vəzifədə olandan sonra uğur da gəldi. Sebastyan komandanın inkişafında vacib fiqurdur. Onun qəzəbi və qazanmaq arzusu komandanı bu yerlərə gətirdi. O da bu üstünlükdən istifadə etmək istəyir. Lyuis ilə aralarında böyük mübarizə olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*