22 Oktyabr 2017, Bazar - 10:25

R.Braun Ferrari-nin təklifini rədd edib

R.Braun Ferrari-nin təklifini rədd edib

Müəllif: Elçin Zodorov, redaktor

18:01 - 20 İyul, 2016

Ferrari məsləhətçi kimi komandada görmək istədiyi Ross Braundan neqativ cavab alıb.

F-1.az xəbər vermişdi ki, mövsümün geridə qalan 10 yarışında qələbə qazana bilməyən Ferrari-də çox ciddi dəyişikliklərin planlaşdırıldığı bildirilir. Bu planlara Ross Braunun ən azından məsləhətçi kimi komandaya gətirilməsi də daxil idi. Lakin verilən məlumatlara görə, Ross Braun bu təklifə müsbət cavab verməyib. O, Formula1-dən birdəfəlik getdiyini bildirib. Bu isə, komandanı planlarında dəyişikliklər etmək məcburiyyətində qoyacaq.

Biz dünən həm də Ceyms Əllisonun komandadan ayrıla biləcəyi ilə bağlı xəbər vermişdik. O, Ferrari ilə müqaviləsini uzatmışdı. Lakin həyat yoldaşını itirən Əllisonun uşaqları ilə daha çox vaxt keçirməsi üçün İngiltərəyə qayıtmaq istədiyi bildirilir. Onun komandada uzun müddət işləyəcəyi inandırıcı görünmür. Buna görə də, Ferrari-nin gələcək proqramlarına kimin rəhbərlik edəcəyi maraqlıdır. Komandanın 2017-ci il proqramına isə Simone Resta başçılıq edir.

Toro Rosso-nun texniki direktoru Ceyms Kinin adı tez-tez Ferrari ilə yanaşı çəkilir. Lakin Toro Rosso-nun Red Bull ilə yaxın münasibətləri hər kəsə məlumdur və onlar da Kinin komandada qalmasını istəyirlər. Ferrari-nin İngiltərədə alternativ dizayn studiyası açacağı və ora İtaliyadan işçi qüvvəsinin göndəriləcəyi də danışılırdı, lakin bütün işlərə Maranelloda birbaşa nəzarət etmək istəyən Sercio Markionne bu təklifi rədd edib. Lakin belə görünür ki, o, komandada dəyişikliklər etməkdə qərarlıdır və biz tezliklə böyük sürprizlərlə qarşılaşa bilərik.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 256
Teqlər , , , , ,
Paylaş

logo