24 Oktyabr 2017, Çərşənbə axşamı - 15:22

R.Börn Ferrari-də işləməyə başlayıb

R.Börn Ferrari-də işləməyə başlayıb

Müəllif: Rauf Hacıyev, redaktor

15:23 - 20 Yanvar, 2017

Ferrari-nin əfsanəvi konstruktoru Rori Börn uzun müddətdən sonra Ferrari-də işləməyə başlayıb.

F-1.az xatırladır ki, italyanlar 2013-cü ildə texniki direktor vəzifəsinə Ceyms Əllisonu gətirmişdilər. Amma 2016-cı ilin əvvəlində britaniyalının həyat yoldaşını dünyasını dəyişmiş və buna görə də Ferrari-dən ayrılmışdı. Əllison ayrılana qədər Ferrari-nin 2017-ci il bolidinin üzərində işləyirdi və ayrıldıqdan sonra Ferrari-nin işləri də axsamağa başladı. İtalyanlar onun əvəzinə Ədrian Nyuini gətirmək istəsələr də, Red Bull tərəfindən mənfi cavab gəlmiş və bu vəzifəyə baş motorçu Mattia Binotto gətirilmişdi. Amma Ferrari 2017-ci ildəki dəyişikliklərdən maksimum formada istifadə etmək istəyir.

İtaliya mətbuatının verdiyi xəbərə görə, Rori Börn Markionnenin istəyi ilə komandada tam zamanlı işləməyə başlayıb. 73 yaşlı mütəxəssis hazırda Ferrari-nin 2017-ci il bolidinin üzərində işləyir.

Xatırladaq ki, Börn Benetton-un 1995-ci ildəki, Ferrari-nin 1999-2004-cü illərdəki çempionluqlarınım baş memarı idi. Börn Ferrari-dən 2004-cü ildə təqaüdə çıxsa da, komandadan 2006-cı ildə tam ayrılmışdı və o vaxtdan bəri italyanların heyətində məsləhətçi kimi işləyir. Xatırladaq ki, Börn Ferrari-nin 2014-cü il bolidinin dizaynına kömək etmiş və komanda həmin mövsüm qələbə qazana bilməmişdi…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 166
Teqlər , , ,
Paylaş

logo