R.Barrikellonun oğlu karyerasına başlayır

Formula1 tarixinin ən təcrübəli sürücüsü Rubens Barrikellonun 15 yaşlı oğlu Eduardo uzun müddət kartinq çempionatlarında iştirak etdikdən sonra artıq may ayından Formula karyerasına başlayacaq. Bu barədə braziliyalı sürücü özünün İnstagram bloqunda məlumat verib.

Rubens paylaşdığı şəklin altında yazıb: “Oturacaq hazırdır. İlk dəfə bu maşını may ayında sürəcək… Zaman uçur… Ümid edirəm ki, sənin ilk günün mənim ilk günüm kimi xüsusi olacaq…”

Eduardonun konkret hansı seriyada çıxış edəcəyi hələ məlum deyil. Güman olunur ki, Duda Meksikanın Formula 4 çempionatında debüt edəcək – doğma Braziliyada belə seriya yoxdur. Amma maşının üzərindəki reklam loqolarından ABŞ çempionatının olmasını da güman etmək olar.

F-1.az bildirir ki, Rubensin özü də oğlunun maşınında yerini rahatlayıb…

About yesterday… vai q sobra uns minutinhos dai ja dou umas voltas😂😂 //// a seat for me too… just in case🤔🤔🙄😂

Публикация от Rubens Barrichello 1️⃣1️⃣1️⃣ (@rubarrichello)

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*